12 ölkəyə çatdırılma · Bakı daxili 150 ₼-dan yuxarı pulsuz
Daxil ol
Məlumat · Çatdırılma

Çatdırılma şərtləri

Bakıya, Azərbaycanın bütün regionlarına və 12 xarici ölkəyə göndəririk. Çatdırılmanın qiyməti və müddəti sifarişi rəsmiləşdirərkən ödənişdən əvvəl göstərilir.

Bakı daxili

  • Kuryerlə 1–2 iş günü ərzində, 6 ₼
  • 150 ₼-dan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur
  • Kuryer çatdırmadan əvvəl zəng edib vaxtı razılaşdırır
  • Mağazadan özünüz götürə bilərsiniz (pulsuz): Nigar Rəfibəyli küçəsi 20, sifarişdən sonrakı gün saat 12:00-dan

Azərbaycan regionları

  • Poçt və ya kuryer xidməti ilə 3–5 iş günü, 8 ₼
  • Göndərmədən sonra izləmə nömrəsi SMS və ya e-poçtla göndərilir

Xaricə çatdırılma

Hazırda Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan, Polşa, Rumıniya, İsrail və Tacikistana Azərpoçt bağlaması ilə göndəririk. Çatdırılma adətən 10–30 iş günü çəkir. Qiymət ölkəyə və bağlamanın çəkisinə görə hesablanır və rəsmiləşdirmə səhifəsində ölkəni seçdikdə göstərilir.

Təyinat ölkəsində tətbiq oluna biləcək gömrük rüsumları və idxal vergiləri alıcı tərəfindən ödənilir.

Ümumi qaydalar

  • Müddət ödəniş təsdiqləndikdən (və ya nağd sifariş qəbul edildikdən) sonra hesablanır; bazar günü və bayram günləri iş günü sayılmır
  • Sifarişi qəbul edərkən qablaşdırmanı və məhsulu kuryerin yanında yoxlayın; zədə varsa, bunu dərhal bildirin
  • Ünvan və ya telefon səhv göstərildikdə çatdırılma gecikə bilər — dəyişiklik üçün əlaqə saxlayın

Son yenilənmə: 4 oktyabr 2026